102FM
İNDİ EFİRDƏ Pause
Anar İbrahimli Nailə Məmmədova İNDİ YAYIMDA! Anar İbrahimli Nailə Məmmədova
Haqqımızda

ANS strukturları inkişaf etdikcə, FM Radio stansiyasının yaradılması fikri yenə də Vahid Mustafayevin əsas məqsədlərindən biri olaraq qalırdı. 1994-cü ilin mayın 28-də Azərbaycanın müstəqilliyi günündə ANS ÇM radiostansiyası efirə çıxdı. Stansiya Zoologiya İnstitutunun binasında kirayəyə götürülmüş kiçik bir otaqda fəaliyyət göstərirdi.
Radio stansiayaya Vahid və Seyfulla Mustafayevlərin qardaşı Çingiz Mustafayevin adı verildi. Tanınmış jurnalist olan Çingiz 1992-ci ilin iyunun 15-də Qarabağ müharibəsində həlak olub və ölumundən sonra ona Milli Qəhrəman adı verilib.