102FM
İNDİ EFİRDƏ Pause
Anar İbrahimli Nailə Məmmədova İNDİ YAYIMDA! Anar İbrahimli Nailə Məmmədova
Türkiyədəki çevrilişə məşhurlar da reaksiya verdi

Onlar müxtəlif statuslar yazaraq öz mövqelərini bildiriblər.

Türkiyədə baş verən hərbi çevrilişlərə türk məşhurları da biganə qalmayıb. ANS PRESS-in məlumatına görə, Türkiyənin məşhur simaları hadisədən üzüntülərini sosial səhifələrində yazaraq hadisəyə reaksiya veriblər.

İfaçı Hadisə öz "İnstagram" hesabında türk bayrağının şəklini paylaşaraq "Dünənki gecə kimi qaranlıq gecəni bir daha yaşamamaq şərti ilə keçmiş olsun" sözlərini yazıb. 

Müğənni Gülbən Ergən isə "Bu əlləri ayıra bilməyəcəksiniz, bu vətəni bölə bilməyəcəksiniz" sözlərinin yazıldığı şəkli paylaşıb.

İfaçı Sibel Can, Ebru Gündeş və Mustafa Ceceli türk bayrağının şəkillərini paylaşaraq üzüntülərini bildiriblər.

Müğənni Funda Arar isə "Bu ölkədə xoşbəxt və gözəl yaşamaq istəyirik. Nələr baş verir? Allahım, sən vətənimizi, millətimizi qoru!" yazılan şəkli paylaşıb.